image-ads_n1karobka_mobile
image-shutterstock_499685203-pic_32ratio_900x600-900x600-15258backend

İraq hökuməti İsveçin Bağdaddakı səfirliyinin yandırılmasını pisləyib

İraq Xarici İşlər Nazirliyi cümə axşamı gecə İsveçin Bağdaddakı səfirliyinə basqın edilməsini və yandırılmasını kəskin pisləyib.

Nazirliyin Telegram kanalında dərc olunan bəyanatda deyilir ki, hadisə diplomatik nümayəndəliklərə hücum və onların təhlükəsizliyinə təhdidlə bağlı olduğu üçün ən sərt şəkildə pislənir.

İraq hökuməti hadisə ilə bağlı təcili təhqiqat aparılmasına və lazımi təhlükəsizlik tədbirlərinin görülməsinə göstəriş verib. İsveç səfirliyinə soxulan etirazçılar iyulun 19-da Stokholm polisinin icazə verdiyi Quran nüsxəsinin yandırılması ilə bağlı yeni aksiyadan narazılıqlarını ifadə edərək, diplomatik nümayəndəliyin binasını yandırıblar. Səfirliyin əməkdaşları xəsarət almayıb.

Yüzlərlə nümayişçi Bağdaddakı İsveç səfirliyinin binasına soxularaq onu yandırıblar. Səfirliyin heç bir əməkdaşı xəsarət almayıb, lakin başqa təfərrüatlar verilməyib.

Mənbə: Haber Global


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki