İraqın şiə İslami Müqavimətinə aid silahlı qruplar İsrailin cənubundakı Eylat şəhərinə yeni pilotsuz təyyarə zərbəsi endirdiyini açıqlayıb.
RİA Novosti bu barədə radikalların Telegram kanalına istinadən xəbər verir.
Şiələr bildiriblər ki, Fələstinin davam edən işğalı və Qəzza zolağında “sionist varlığın kütləvi cinayətləri”nə cavab olaraq, İslam Müqaviməti döyüşçüləri Eylatdakı hədəfə hücum etmək üçün pilotsuz təyyarələrdən istifadə ediblər.
Bundan əvvəl bildirilmişdi ki, İsrail Müdafiə Qüvvələri (İDF) oktyabrın 7-də yaraqlıların İsrail yaşayış məntəqələrinə terror hücumu üçün hazırlıq gördüyü Qəzza zolağında Fələstin radikal HƏMAS hərəkatının bazasına basqın edib.
Mənbə: RİA Novosti