image-n1karobka_ads
image-123
image-68c1f21fae5ac9456c739664backend

İraqda əsirlikdən azad edilən Elizaveta Tsurkova İsrailə gətirildi

image-ad_qayo_720x110px

İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bildirib ki, Rusiya və İsrail vətəndaşı Elizaveta Tsurkova sentyabrın 10-da axşam saatlarında Kipr vasitəsilə İsrailə gəlib.

Doğru.az xəbər verir ki, Mossad rəhbəri Kiprli həmkarına Tsurkovanın humanitar daşınmasında göstərilən yardıma görə təşəkkür edib.

Rəsmi açıqlamada qeyd olunub ki, bu hadisə iki ölkə arasında əməkdaşlığın effektivliyini bir daha təsdiqləyir.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl Tsurkovanın İraqda Kataib Hizbullah qruplaşmasının əsirliyindən azad edildiyini açıqlamışdı.

Qeyd edək ki, “Mash” məlumatına görə, rus əsilli qadın iki il əvvəl İraq milisləri tərəfindən qaçırılmışdı və indi sağ-salamat tapılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki