İsrailin baş naziri Benyamin Netanyahunun Qəzza zolağının işğalı ilə bağlı qərarı ölkənin hərbi-siyasi kabineti tərəfindən təsdiqlənib.
Doğru.az xəbər verir ki, bu barədə Axios-un jurnalisti Barak Ravid İsrail rəsmisinə istinadən X sosial şəbəkəsində məlumat paylaşıb.
“İsrail rəsmisi mənə dedi ki, İsrailin hərbi-siyasi kabineti baş nazir Netanyahunun Qəzza şəhərinin işğalı təklifini təsdiqləyib”, – Ravid bildirib.
Xatırladaq ki, bundan əvvəl Netanyahu bəyan etmişdi ki, İsrailin Qəzza sektorunu idarə etmək planı yoxdur və Təl-Əviv anklavda nəzarəti ərəb qüvvələrinə vermək niyyətindədir.
DOĞRU.AZ