TASS İsrail Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, İsrail ordusu Fələstin Muxtariyyətinin Qəzza zolağında yerləşən “İslami Cihad” radikal qruplaşmasının obyektlərinə zərbələr endirib.
Xəbərdə deyilir ki, İsrail Müdafiə Qüvvələri (IDF) hazırda Qəzza zolağında İslami Cihad hədəflərinə hücum edir. İsrail hərbi idarəsi bildirib ki, hərbi əməliyyatların təfərrüatları daha sonra açıqlanacaq.
Mənbə: Gazeta.ru
Doğru.az