image-2000x150px
image-123
image-ads_atlas
image-rtx16ufy-pic905-895x505-72158backend

İsrail təyyarələri Dəməşq ətrafına raket zərbələri endirib

image-728x90px

SANA xəbər agentliyinin verdiyi məlumata görə, İsrail təyyarələri Suriyanın paytaxtı Dəməşq şəhərinin kənarına raket zərbələri endirib.

Suriya Müdafiə Nazirliyindəki mənbə bildirib ki, mayın 28-dən 29-na keçən gecə İsrail aviasiyası Dəməşqin kənarındakı Qolan təpələri istiqamətindən raket zərbələri endirib. Onun sözlərinə görə, Suriyanın hava hücumundan müdafiəsi İsrailin bir neçə raketini vura bilib.

İsrail Suriya ordusunun mövqelərinə zərbələr endirib. Suriya hərbçiləri arasında itkilərin olmadığı iddia edilir. Yalnız maddi ziyan dəyib.

Mənbə: Lenta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki