image-n1karobka_ads
image-123
image-66f6bc63ae5ac932db33ec02backend

İsrailin hücumlarından sonra Livanda su stansiyaları zədələnib

image-ad_qayo_720x110px

İsrailin zərbələri Livanın cənubundakı su stansiyalarını zədələyib.

“Bu həftə mülki infrastruktura, o cümlədən Bekaa vadisində və Livanın cənub əyalətlərində UNICEF-in köməyi ilə tikilmiş və ya yenidən qurulan su stansiyalarına ziyan dəyib. 30 min insan içməli sudan məhrum olub”, – deyə beynəlxalq təşkilat bildirib.

Qeyd olunur ki, UNICEF Livan sakinlərinə lazımi tibbi yardım göstərmək üçün 20 səyyar tibb bölməsi göndərib, həmçinin ölkədəki xəstəxanalara 100 ton zəruri əşyalar çatdırıb. Yaxın vaxtlarda daha 25 ton humanitar yardımın gəlməsi gözlənilir. Bundan əlavə, 53 ton yük satınalma mərhələsindədir.

Bundan əvvəl BMT İsrailin hava hücumları nəticəsində 90 mindən çox livanlının evlərini tərk etdiyini bildirmişdi.

Mənbə RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki