image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2023-12-26t103312-878backend

İstanbulda turistlərə hücum etməkdə şübhəli bilinən 96 nəfər həbs edilib

image-728x90px

İstanbulda əyləncə məkanlarında turistlərin pullarını əllərindən almaq məqsədilə onlara hücum etməkdə şübhəli bilinən yüzədək şəxs həbs edilib. Təqsirləndirilən şəxslərin işi artıq yerli məhkəməyə verilib.

Bu barədə Türkiyənin yerli telekanalı məlumat yayıb.

“İstanbulda külli miqdarda hesab ödəməyə məcbur etmək üçün əyləncə məkanlarına gətirdikləri turistlərə hücum edən 96 şübhəli saxlanılıb, onlardan bəzilərinin işlər məhkəməyə verilib”, – deyə media nümayəndələri vurğulayıblar.

Qeyd edək ki, İstanbulun 13 vilayətində saxlanılan şəxslərə qarşı əməliyyat keçirilib. Qanun pozanların əyləncə məkanlarında turistləri hədələyərək onlardan pul tələb etməsi, telefonlarını və qiymətli əşyalarını götürməsi, tələblərə əməl etməyənləri döyməsi məlum olub.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki