İstedadlı rəssamın ad günüdür. FOTObackend

İstedadlı rəssamın ad günüdür. FOTO

Ressam Ülkər Əbülfet
-Azərbaycan Rəssamlar İttifaqının üzvü, -Azərbaycan Ordusunun birinci Tank taborunun Fəxri üzvü 
-Biləsuvar, Quba, Gəncə, Xocalı,Gürcüstan və Türkiyedə keçirilən “Xocalı Tarixin Qan Yaddası” sərgisinin bədii rəhbəri
-Türkiyə Millət Meclisində 15 temuz şəhidləri ilə bağlı keçirilən serginin layihə rəhbəri
-Mugam Mərkəzində Respublika səviyyəsində keçirilən Albert Aqaranovun 50 illik yubleyi ilə bağlı Qarabağa qaydış ümidi ilə rəsim sərgisinin layihə rəhbəri
Azerbaycan Milli Qvardiyasında Ulu öndər Heydər Əliyevlə bağlı keçirilən sergidə işim teltif olunaraq Milli Qvardiyanın fəxri otağına asılıb.
Ümumiyyətlə Milli qəhrəmanlarımızla, şəhidlərimizlə bağlı 600 -dək şəkil çəkmiş rəssam Ülkər Əbülfet xanımın ad günüdür.

Ülker Əbülfet rəssam ruhlu doğulmuşdu, bəlkə də elə rəssam gəlmişdi dünyaya o. Hələ uşaqkən rəssamlığa meyil etmiş, fərqli duyumları, fərqli baxışları ilə yaşıdlarından seçilmiş, daxilindəki yaradıcılıq cücərtisi və bir də rənglər dünyasının sehri kiçik yaşlarından əlindən tutub sonu bəlli olmayan, sirli-sehrli bir aləmə aparmışdı onu.

O da qeyri-ixtiyari ürəyinin səsinə, qəlbinin döyüntüsünə qulaq verib bu əsrarəngiz aləmə üz tutmuş, kiçik ürəyinə böyük arzularını sığışdırmış, gördüklərini, görmək istədiklərini ağ vərəq üzərinə köçürmək, bir-birindən maraqlı mənzərələr, natürmortlar, portretlər yaratmaq həvəsi cuşa gəlmişdi. 

Doğru.az” kollektivi ressam Ulker Əbülfet xanımın, ad gününü münasibəti ilə təbrik edirik.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki