İsveç polisi Quran və İraq bayrağının yandırılmasının planlaşdırıldığı etiraz aksiyasına icazə verib.
Bu məlumatı TV4 kanalı yayıb.
Aksiya iyulun 20-nə planlaşdırılıb və Stokholmdakı İraq səfirliyi yaxınlığında keçiriləcək. Etirazın təşkilatçıları iyun ayında Stokholmda məscidin yaxınlığında Quran yandıran eyni iki şəxsdir.
Ötən ay müsəlmanların Qurban bayramının ilk günündə Stokholmdakı məscidin qarşısında bir nəfər Quranı yandırıb. Bu aksiyaya İsveç polisi icazə verib. Türkiyə bu hərəkəti pisləyərək onu “alçaq və anti-İslam” adlandırıb, Mərakeş isə öz səfirini İsveçdən geri çağırmaq qərarına gəlib.
Mənbə: Haberler.com

























