BBC xəbər verir ki, İsveçin xarici işlər naziri Tobias Billström krallıqda Qurana qarşı təxribat xarakterli hərəkətlər fonunda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin səfirləri ilə danışıqlar aparıb.
Agentliyin məlumatına görə, tədbir çərçivəsində diplomat Stokholmun bu cür nümayişlərlə bağlı mövqeyini izah edib.
“Etibarı bərpa etmək yavaş bir prosesdir. Mandatımın əhəmiyyətli hissəsini müsəlman ölkələri ilə münasibətlərin qurulmasına həsr edəcəyəm. Mən bu ölkələrə səfər etmək niyyətindəyəm və artıq sentyabr ayında biz onları Nyu-Yorkda BMT-nin Baş Assambleyanın yüksək səviyyəli sessiyası həftəsi çərçivəsində danışıqlara və dialoqa dəvət edəcəyik”, – Billström İƏT səfirləri ilə görüşdən sonra deyib.
Mənbə: BBC

























