image-2000x150px
image-123
image-ads_atlas
image-20180520_gaf_u39_491-pic905-895x505-79170backend

İsveçrə Ukraynaya 20 minaaxtaran maşın verəcək

image-728x90px

Ukraynanın Reinteqrasiya Nazirliyi İsveçrənin minatəmizləmə məhsulları istehsalçısı Global Clearance Solutions ilə əməkdaşlığa razılıq verib.

Bu barədə idarə öz Telegram kanalında yazır.

“Maşınlar kənd təsərrüfatı torpaqlarından və kritik infrastrukturdan mina və partlamamış hərbi sursatları təmizləmək üçün istifadə olunacaq”, – deyə məlumatda bildirilir.

Daha əvvəl İsveçrənin BMT-dəki daimi nümayəndəsi Paskal Kristin Berisvil bildirmişdi ki, Ukraynaya əvvəllər ölkəyə verilmiş silahların tədarükü ölkə qanunvericiliyində dəyişiklik edilmədən mümkün deyil. Onun sözlərinə görə, İsveçrə Kiyevə çoxlu humanitar yardım göndərir və ölkə Ukraynadan olan qaçqınları da qəbul edib. Diplomat əlavə edib ki, parlament qanunvericiliyə dəyişiklik etməyənə qədər silah təchizatı ilə bağlı vəziyyət dəyişməyəcək.

Mənbə: RİA Novosti

Doğru.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki