Gizchina portalının redaktorları iyun ayında qiyməti 300 dollardan çox olmayan ən yaxşı smartfonların reytinqini tərtib ediblər.
Birinci yerdə Redmi Note 12 Turbo olub. Bu, Poco F5 Global Smartphone-un Çin versiyasıdır. Yenilik güclü Snapdragon 7+ Gen 2 çipi və 120 Hz yeniləmə tezliyi ilə 6,67 düymlük Full HD+ AMOLED displeylə təchiz edilib. Smartfonun üç kamerası var: 64MP əsas kamera, 8MP ultra geniş bucaqlı kamera və 2MP makro modul. 5000 mAh batareya maksimum gücü 67 vatt olan adapterdən doldurulur.
İkinci yeri MediaTek Dimensity 1300 çipsetinə əsaslanan Vivo T2x tutub.Smartfon həmçinin Full HD+ təsvir ölçüsünə və 144 Hz təzələnmə tezliyinə malik 6,58 düymlük IPS ekrana malikdir. Qurğunun əsas kamerası 50 meqapiksel təsvir ölçülü sensor və 2 meqapiksellik makro modulla təmsil olunub. 6000 mAh batareya 44 Vt sürətli şarjı dəstəkləyir.
Mənbə: gazeta.ru