image-2000x150px
image-123
image-ads_atlas
image-screenshot_20221119-001257_facebookbackend

Jurnalist Prezidentə və Heydər Əliyev Fonduna müraciət etdi

image-728x90px

Jurnalist Nərmin Əkbərli anasının səhhəti ilə bağlı Prezident İlham Əliyevə və Heydər Əliyev Fonduna müraciət edib.

”Doğru.az” yazır ki, onun anasının artıq 4 aydır səhhəti pisləşsə də, dəqiq diaqnoz tapılmır.

“Anam Fərqanə Əjdər qızı Əkbərovanın səhhəti bu ilin iyul ayından etibarən pisləşməyə başlayıb.

Edilən müalicələr heç bir nəticə vermədiyindən oktyabrın 28-dən etibarən anamı xəstəxanaya yerləşdirdik.

Diaqnoz üçün bir neçə xəstəxana dəyişsək də, hələ də dəqiq diaqnoz qoyulmayıb və heç bir həkim anamın dərdini tapa bilmir.

Əvvəlcə bağırsaqda onkoloji, sifilis və digər müxtəlif xəstəliklərlə bağlı şübhələr olsa da, öz təsdiqini tapmadı. İndi problemin ağciyərdə olduğu bildirilir. Pnevmaniya təsdiqlənsə də, onkoloji riski olduğu da inkar edilmir. Lakin anamın ümumi vəziyyəti bu xəstəliyin dəqiq müəyyənləşdirilməsi üçün uyğun deyil.

Son ümid yeri olaraq Bakı Sağlamlıq Mərkəzinə üz tutmuşuq.

Hazırda bu mərkəzdəki həkimlərin və kənarda fəaliyyət göstərən həkimin tövsiyəsi ilə pnevmaniyaya qarşı müalicə aparılır.

Xərclər həddən artıq çox olduğuna görə əlavə maliyyə yardımına ehtiyacımız var.

Dəyərli ölkə başçısından və Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevadan anamın səhhəti ilə bağlı məsələni nəzarətə götürmələrini xahiş edirəm”

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki