Petropavlovsk-Kamçatskidən 220 km aralıda, Kamçatkada 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Doğru.az xəbər verir ki, bu barədə məlumat Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsinin Telegram kanalında yer alıb.
Məlumata görə, zəlzələnin ocağı 8,5 km dərinlikdə yerləşib. Son 24 saat ərzində Kamçatkada 50-dən çox yeraltı təkan baş verib.
DOĞRU.AZ