image-n1karobka_ads
image-123
image-img-20230625-wa0012backend

Kənd qadınları Milli Biznes Gündəliyi Platformasına rəng qatır – Foto

image-ad_qayo_720x110px

Azərbaycan Kənd Qadınları Assosiasiyası fermer və sahibkar qadınların regiondakı resurslara çıxışı və resurslardan istifadəsini asanlaşdırmaq məqsədi ilə Ağdam və Beyləqan rayonlarında Dəyirmi Masa müzakirələri keçirib.

Doğru.az xəbər verir ki, tədbirin iştirakçıları adı çəkilən rayonlarda fəaliyyət göstərən Qadın İnkişaf və Müəssisə Qrupları, Qadın Kooperativləri, Rayon Məşğulluq İdarələri, KOB Dostları, Qadın Resurs Mərkəzləri, potensial qadın sahibkarlar və fermerlər, Regional Vergi İdarəsi əməkdaşları və Dövlət Aqrar İnkişaf Mərkəzlərinin nümayəndələri olmuşdur.
Tədbir zamanı müzakirələr əsasən USAİD Özəl Sektorun İnkişafı Layihəsi tərəfindən dəstəklənən “Qadınların Milli Biznes Gündəliyi” sənədi ətrafında aparılmışdır.
Ümumilikdə 9 Qeyri-Hökumət Təşkilatının qadın nümayəndələri tərəfindən hazırlanmış bu sənəddə qadın sahibkarlığının inkişafı üçün geniş imkanlar yarada biləcək müddəalar müzakirə olunmuş, güzəştli vergi paketi, qadın sahibkarlıq fondunun yaradılması, resurslara çıxış, qadınların sosial həyata sürətli inteqrasiyası və s kimi məsələlər maraqla müzakirə olunmuşdur. Müzakirələr zamanı fermer qadınlar üçün xüsusi subsidiyalar paketinin hazırlanması, güzəştli kənd təsərrüfatı xidmətləri o cümlədən suvarma suyu, gübrələr və s kimi resurlara qadınların çıxışının asanlaşdırılması da iştirakçılar tərəfindən vacib hesab edilmişdir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki