image-2000x150px
image-123
image-ads_atlas
image-26628backend

Kənt Təsərrüfarına ayrılan subsidiyaları kimlər necə mənimsəyir – Video

image-728x90px

Kənd təsərrüfatına dövlət dəstəyindən sui-istifadə edərək bu sahəyə ayrılmış vəsaitləri kimlər və necə saxta maliyyə əməliyyatları ilə nağdlədirir. Bu prosesin aparılmasına kimlər göz yumur…

Qeyd edimki bəhs etdiyimiz məsələ artıq bir neçə dəfə DİN nin sayıqlığı nəticəsində aşkara çıxmışdır. Bu istiqamətdə polisin apardığı operativ əməliyyat tədbirləri nəticəsində bu saxtakarlığı həyata keçirən bir neçə dəstə tutularaq barələrində hüquqi cəza tədbirləri aparılıb.Torpaq becərənin iş bacaranındır. Artıq görünürki bu dırnaqarası işgüzarlıq zaman keçdikcə əməldən qabiliyyətə çevrilib.Və bu dişi qana batmış saxtakarlar yenədə öz fəaliyyətindədir. Onlar fermerlərə məxsus subsidiya vəsaitlərinin köçürüldüyü kartları qanunsuz olaraq öz əllərində cəmləşdirib daha sonra onlara yaxın olan adamların adlarına formal hüquqi şəxslər yaradaraq müxtəlif əmtəəsiz maliyyə əməliyyatları aparmaqla vəsaitləri nağdlaşdıraraq mənimsəyirlər. Və beləliklə dövlətin kənt təsərrüfatına dəstək niyyəti ilə ayırdığı böyük maliyyə vəsaitləri aidiyyatı olmayan ünvanlara və məkanlara getmiş olur. Dövlət bir sıra xərcləri ixtisar edib kənt təsərrüfatının inkişafı üçün ayırdığı bu vəsaitləri mütamadi olaraq artırmaqla bu sahənin daha intensiv inkişafına zəmin yaratmaq məqsədi daşıyır.

“Doğru.Az”-ın əldə etdiyi məlumatlara əsasən şimal bölgəsində bu saxtalarlıq prosesi hazırda da davam etdirilir. Bir neçə şəxs Quba və Xaçmaz rayonlarında subsidiya kartlarını ələ keçirərək müxtəlif yollarla saxtalaşdırıb maliyyə vəsaitlərini mənimsəyir. Bu barədə daha ətraflı növbəti yazımızda bəhs edəcəyik.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki