image-2000x150px
image-123
image-ads_atlas
image-pic0078263backend

Kim Çen In qızı ilə raket istehsalı zavodunda olub

image-728x90px

Şimali Koreya lideri Kim Çen In ballistik raketlər üçün mobil raket buraxılış qurğuları istehsal edən zavoda baş çəkib.

Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) xəbər yayıb.

Məlumata görə, onu qızı Kim Çju və partiya üzvləri müşayiət edib. Səfər zamanı Şimali Koreya lideri istehsalın gedişi ilə tanış olub və zavodda istehsal olunan iri reaktiv daşıyıcı raketlərə baxıb. Kim Çen In zavodun 2023-cü il üçün istehsal planını artıqlaması ilə yerinə yetirdiyini də qeyd edib. Onun sözlərinə görə, müəssisə dövlətin müdafiə gücünün artırılması kimi tarixi vəzifənin icrasında mühüm rol oynayır. KXDR lideri zavod qarşısında yeni vəzifələr də qoyub.

Bundan əvvəl Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinin (MXK) rəhbəri vəzifəsinə namizəd Ço Txe Yon bildirib ki, onun qızı Kim Çju KXDR lideri Kim Çen Inın varisi kimi hazırlanır. Bu barədə Kim Çjunun çıxışları və ictimai tədbirlərdə ona olan hörmət səviyyəsinin təhlili əsasında nəticə çıxarılıb.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki