İsrailin İrana hücumları ilk növbədə Tehrandakı siyasi rejimi dəyişmək və ölkəni Qərbə tabe etmək məqsədi daşıyır.
Bu fikri Federasiya Şurasının Konstitusiya qanunvericiliyi və dövlət quruculuğu komitəsinin rəhbəri Andrey Klişas deyib.
O, Telegram kanalında yazıb : “Tehranda siyasi rejimin dəyişdirilməsi və İranın Qərbin maraqlarına tabe edilməsi İsrailin zərbələrinin əsl məqsədidir, İslam Respublikasının nüvə obyektləri deyil,”.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu iranlıları üsyana çağırıb.
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya öz növbəsində İsrailin hərəkətlərini təşkilatın nizamnaməsinin kobud şəkildə pozulması adlandırıb.
DOĞRU.AZ