image-ads_n1karobka_mobile
image-ap_18055800989634-pic905-895x505-34096backend

Kolizeyin divarını uçuran turist öz hərəkətinə haqq qazandırıb

Böyük Britaniyadan olan turist Roma Kolizeyinin divarına öz adını və sevgilisinin adını cızaraq Roma prokurorluğuna və meriyasına bildirib ki, bu memarlıq abidəsinin nə qədər qədim olduğunu ancaq hadisədən sonra öyrənib.

Bu barədə il Messagero məlumat yayıb.

Turistin üzrxahlıq məktubunda deyilir: “Ən böyük utanc hissi ilə etiraf edirəm ki, abidənin qədimliyi haqqında yalnız təəssüf ki, baş verənlərdən sonra öyrəndim.

Bundan əvvəl İtaliya polisi Kolizeyin divarını zədələməkdə şübhəli şəxs qismində İngiltərədən olan bir nəfəri müəyyən etmişdi.

İyunun 23-də mavi çiçəkli köynək geyinmiş bir gəncin 2000 illik abidənin daxili divarına açarla “İvan+Hayley 23” həkk etməsi videoya çəkilib. İyunun 29-da İtaliyanın “Il Messaggero” qəzeti şübhəlinin adının İvan olduğunu, Bristolda yaşadığını və fitnes təlimatçısı kimi çalışdığını bildirib. Polis həmin şəxsin ev ünvanına rəsmi məktub göndərərək, onun istintaq altında olduğunu bildirəcək. İvan təqsirli bilinərsə, onu ən azı 15 min avro cərimə və beş ilə qədər həbs gözləyir.

Mənbə: Gazeta.ru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki