image-2000x150px
image-123
image-ads_atlas
image-1183824603958-4458-900xbackend

Kondisionerin orqanizmə MƏNFİ təsirləri

image-728x90px

İnsan üçün ideal kondisioner temperaturu müsbət 24 dərəcədir.

Bu barədə RİAMO-ya müsahibəsində həkim-terapevt Lyudmila Lapa məlumat verib.

“Bu, uzun müddətdir öyrənilib və ən əlverişli temperatur olduğuna qərar verilib. Bu zaman insan hətta soyuqdan istiyə, istidən soyuğa keçəndə kəskin temperatur fərqini hiss etmir. Yəni, bu halda kondisioner orqanizmə zərər verməyəcək. Cihazın çox aşağı hərarəti damarlara pis təsir edir və soyuqdəymə ehtimalını artırır. Mənfi təsirlərdən qaçmaq üçün kondisionerlərin vaxtında təmizlənməsi də vacibdir”, – həkim qeyd edib.

Mütəxəssis qeyd edib ki, gecələr işə salınan kondisioner də insanın səhhətinə, xüsusən də yuxusuna pis təsir göstərə bilər.

“Gecə onu söndürmək daha yaxşıdır, çünki əlavə səs-küy rahat yatmağa imkan vermir”, – Lapa qeyd edib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki