image-n1karobka_ads
image-123
image-a70fa743b47d8127e6709ee92250d5aabackend

“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya tətbiq edilib

image-ad_qayo_720x110px

Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarı ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunub və 2025-ci il dekabrın 22-dən 2026-cı il yanvarın 7-dək Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri üzrə (Naxçıvan MR da daxil olmaqla) 3 846 məhkum bu qərardan faydalanıb.

Doğru.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə:

1 799 məhkum müəyyən müddətə azadlıqdan məhrumetmə, 1 764 nəfər isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalardan azad edilib;

250 nəfərin azadlıqdan məhrumetmə, 33 nəfərin isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaları 6 ay azaldılıb;

Vətən müharibəsində iştirakına görə 2 nəfər, qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatdığı üçün isə 8 nəfər cəzadan azad olunub.

Amnistiya tətbiq olunan şəxslər arasında 367 nəfər böyük ictimai təhlükə törətməyən, 2 992 nəfər az ağır, 487 nəfər isə ağır cinayətlər törətmişdir. Onlardan 3 625-i kişi, 210-u qadın, 11-i isə yetkinlik yaşına çatmayan şəxsdir.

Ədliyyə Nazirliyi bildirir ki, amnistiya aktının icrası davam etdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki