image-2000x150px
image-123
image-ads_atlas
image-img-20230602-wa0292backend

Könül İsmayılova: “Bu imkanı reallığa çevirən Heydər Əliyev dühasıdır”

image-728x90px
“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdriklik və uzaqgörənliklə, dərin inam və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasət nəticəsində bu gün neft onun əsl sahibi olan Azərbaycan xalqına xidmət edərək ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının təmin edilməsinə yönəldilib”.

Bunu Nizami rayon icra hakimiyyətinin məsul işçisi, Müasir Müsavat Partiyasının Siyasi Şura və İdarə heyətinin üzvü Könül İsmayılova Prezident İlham Əliyevin mayın 31-də 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışındakı çıxışını Versus.Az-a şərh edərkən bildirib.

Könül İsmayılova qeyd edib ki, Azərbaycan xalqı yalnız XX əsrin sonlarında müstəqillik qazandıqdan sonra bu sərvətlərdən tam bəhrələnmək imkanı qazanıb:

“Bu imkanı reallığa çevirən isə Heydər Əliyev dühasıdır. 1994-cü ildə Birinci Qarabağ müharibəsi başa çatdı, atəşkəs imzalandı və ondan bir neçə ay sonra “Əsrin müqaviləsi” imzalandı”.

Proseslərin inkişafı tarixinə diqqət şəkən K.İsmayılova vurğuladı ki, “Əsrin müqaviləsi” imzalanandan dərhal sonra neft kəmərinin çoxvariantlılığı məsələsi gündəmə gəlmişdi ki, bu da təkcə iqtisadi deyil, həm də siyasi amillərlə şərtlənmişdi.

Onun sözlərinə görə, o zaman ARDNŞ-nın birinci vitse-prezidenti İlham Əliyevin danışıqlar prosesində nümayiş etdirdiyi diplomatik məharət, tərəfdaşı inandırmaq bacarığı sayəsində Azərbaycan neftinin nəqli marşurutları barədə optimal qərarlar qəbul edildi:

“Heydər Əliyevin neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin dünya bazarına nəqli idi. Bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədər neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan əsas ixrac-boru kəməri layihəsinin gerçəkləşməsi üçün gərgin işlər həyata keçirildi və aparılan danışıqlar uğurla nəticələndi. İlham Əliyev Azərbaycan siyasətinə elə bir məqamda gəlmişdi ki, o dövrdə neft strategiyası ölkənin xarici siyasət prinsiplərini müəyyənləşdirən həlledici amilə çevrilmişdi”.

K.İsmayılova bildirdi ki, Azərbaycanın tarixi torpaqları Ermənistan tərəfindən işğal edildiyi, qaçqın və köçkünlərimizin olduğu, ölkədə vətəndaş qarşıdurması yarandığı bir dövrdə ölkəmizə sərmayə qoymaq istəyənləri təbii olaraq qorxudurdu:

“Ölkə başçısının da qeyd etdiyi kimi, bizim neft kəmərlərimiz, infrastrukturumuz yox idi, ölkəmizdəki mülki infrastruktur isə geridə qalmışdı. Belə olan halda Heydər Əliyev siyasi kursunun davamçısı olan cənab İlham Əliyev tərəfdaşlarımızı Azərbaycana dəvət etməyi əsas götürdü. Beləcə, artıq 1994-cü ildən etibarən Xəzər neft-qaz sərgisi Azərbaycana öz potensialını beynəlxalq investorlara təqdim etməyə imkan yaradır. Sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu”.

Bakı Enerji Həftəsinin qlobal əhəmiyyəti barədə Azərbaycan Prezidentinin fikirlərinə diqqət çəkən K.İsmayılova vurğuladı ki, enerji sahəsində aparıcı olan bu beynəlxalq tədbir öz müsbət nəticəsi ilə bu gün dünya dövlətlərinin diqqətindədir:

“Biz ərazilərimizin 30 illik işğalı dövründə oturub sakitcə beynəlxalq güclərin ağzına baxmadıq ki, görək nə deyirlərsə onu da edək. Əksinə, bu illər ərzində dünya ölkələri ilə enerji sahəsində əməkdaşlıq yönündə dayanıqlı işlər apardıq və bu gündə əldə olunan uğurlarımız ilə haqlı olaraq öyünürük. Qarşıda isə Azərbaycanı daha böyük uğurlar gözləyir və cənab Prezidentin vaxtında və düzün yürütdüyü siyasi xəttlə buna doğru irəliləyirik”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki