image-2000x150px
image-123
image-ads_atlas
Könül İsmayılova – “Vətən müharibəsində ordumuz şəhidlər verərək irəliyə gedirdi”backend

Könül İsmayılova – “Vətən müharibəsində ordumuz şəhidlər verərək irəliyə gedirdi”

image-728x90px
Prezident İlham Əliyevin 27 sentyabrda, yəni Anım Günüdə Füzuli rayonuna səfər etdi…

Səfəri zamanı ölkə başçısı Vətən müharibəsindən bir çox mətləblərə toxundu. Prezident bildirdi ki, bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir. Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər. Biz öz şəhidlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik. Həmçinin İlham Əliyev əsas məqam kimi qeyd etdi ki, Milli həmrəylik Azərbaycan xalqının təbii güc mənbəyidir. Bütün Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində birlik, iradə göstərdi.

Ölkə başçısı Füzulidə şəhidlərimizin şərəfinə Qaraxanbəyli kəndinin yaxınlığında qaya parçasında ucaldılan abidənin açılışını etdi. Bildirim ki, Füzulinin Qaraxanbəyli kəndi və digər beş kənd Vətən müharibəsinin ilk günündə azad edilmişdir. Eyni zamanda Füzuli istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün döyüşürdülər və canlarından keçirdilər.

Həqiqətən də Vətən müharibəsində ordumuz hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdi. Azərbaycan əsgəri hər bir döyüşdə sanki valideynlərinin, baba-nənələrinin 30 illik torpaq həsrətini göz önünə alaraq döyüş meydanlarına atılırdılar. Onların heç nədən qorxusu yox idi. Hamısı torpaqlarımızı azad etməliyik amalı uğrunda döyüşürdü. Buna görə də ordumuz Qələbə sevincini bizə yaşa bildilər. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər.

Bundan sonra da Azərbaycan ordusunun qarşısında heç bir ordu dayana bilməz. Ordumuz öz sözünü 44 gündə dediyi kimi hər bir yerdə də deməyə hazır ordudur. O ordunun arxasında da milli birlik olandan sonra qalan torpaqlarımızın da azad edilməsi çətin məsələ deyil. Azərbaycana qarşı hər nə qədər haqsız mövqelər olsa da, Azərbaycan öz haqq yolunu uğurla gedəcək.

Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi, MMP-nın Siyasi Şura və İdarə Heyətinin üzvü Könül İsmayılova

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki