image-2000x150px
image-611b78b569549611b78b56954a1629190325611b78b569546611b78b569547backend

Koronavirus qaraciyər dərmanı ilə müalicə olundu

image-728x90px

Avropalı bioloqlar aşkar ediblər ki, öd turşusu əsaslı məşhur qaraciyər dərmanı olan “Ursodiol” siçanlarda koronavirusu müalicə edir və SARS-CoV-2 hissəciklərinin ağciyər hüceyrələrinə daxil olmasının qarşısını alır

Bu barədə bazar ertəsi Kembric Universitetinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, koronavirus epidemiyası başlayandan bəri bioloqlar və həkimlər mövcud dərmanların və müxtəlif bioloji aktiv maddələrin virusa necə təsir etdiyini öyrənirlər. Bu təcrübələr göstərir ki, hepatit C və Ebola ilə mübarizə üçün nəzərdə tutulmuş bəzi dərmanlar SARS-CoV-2-nin çoxalmasını ləngidə bilər.

Onlardan bəziləri hazırda COVID-19-u müalicə etmək üçün tibbi praktikada istifadə olunur, lakin elm adamları virusun çoxalmasını ləngidə bilən digər dərmanların, o cümlədən təbiətdə mövcud olan müxtəlif birləşmələrin axtarışını davam etdirir. Məsələn, son iki il ərzində alimlər müəyyən ediblər ki, qara çay, ilan zəhəri və yovşan ekstraktlarında olan maddələr SARS-CoV-2-nin çoxalmasına mane ola bilər.

.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UĞURLU GƏLƏCƏK NAMİNƏ