image-n1karobka_ads
image-123
image-68a2cacbae5ac93caa680c20backend

Krım körpüsündə 2,7 min avtomobil növbədə qaldı

image-ad_qayo_720x110px

Moskva vaxtı ilə saat 09:00-a olan məlumata görə, Krım körpüsündə əllə yoxlama üçün təxminən 2,7 min avtomobil gözləyir.

Doğru.az xəbər verir ki, Taman tərəfdən 2010, Kerç tərəfindən isə 645 avtomobil texniki baxış üçün növbədədir.

“Kuban 24”ün məlumatına görə, Kerç boğazı üzərindən körpünün əllə yoxlama məntəqəsi qarşısında bir gündən artıqdır ki, Krasnodar bölgəsi istiqamətində, bazar ertəsi səhərdən isə Krım tərəfində iri tıxac davam edir.

Qeyd edək ki, bundan əvvəl FSB Kiyevin Krım körpüsündə avtomobilə yerləşdirilmiş bombanı partlatmaq cəhdinin qarşısının alındığını açıqlamışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki