Moskva vaxtı ilə saat 08:00-a olan məlumata görə, Krım körpüsündə əllə yoxlama üçün böyük növbələr yaranıb.
Doğru.az xəbər verir ki, məlumat Telegram kanalında dərc olunub. Taman tərəfdən əllə yoxlama məntəqəsi qarşısında növbə müşahidə olunmasa da, Kerç istiqamətində vəziyyət fərqlidir.
“Kerç tərəfdən əllə yoxlama üçün 560 avtomobil növbəyə dayanıb. Gözləmə müddəti təxminən iki saat təşkil edir”, – məlumatda bildirilir.
Qeyd edək ki, avqustun 24-də Krım körpüsündə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılmışdı. Hazırda hərəkət bərpa olunub.
DOĞRU.AZ