Mayın 12-də Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında “kəskin apendisit” diaqnozu ilə cərrahi əməliyyat olunan, 1987-ci il təvəllüdlü Pərvanə Abdullayeva mayın 13-də dünyasını dəyişib.
Hadisə ilə bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır. Bu barədə Doğru.az saytına Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, vəfat faktı üzrə müvafiq araşdırmalar həyata keçirilir və ictimaiyyətə əlavə məlumat veriləcək.
DOĞRU.AZ