Biobio radiostansiyasının saytında yerləşdirilən məlumatda deyilir ki, Latam aviaşirkətinin pilotu ABŞ-dan Çiliyə uçarkən həlak olub.
Qeyd olunur ki, təyyarə Mayamidən Çili Santyaqoya uçurdu. Pilot Panamada təcili eniş etdikdən qısa müddət sonra dünyasını dəyişib. O, üç aparıcı ekipaj üzvündən biri idi.
“Uçuş zamanı xəsarət almış pilotun həyatını xilas etmək üçün bütün zəruri təhlükəsizlik protokollarına əməl edilib, lakin yerə endikdən və yerə yardım göstərildikdən sonra pilot təəssüf ki, dünyasını dəyişib”, – aviaşirkətin açıqlamasında bildirilir.
Bundan əvvəl MiQ-23 qırıcısı ABŞ-da “Thunder over Michigan” aviasalonunda qəzaya uğramışdı.
Mənbə: Sputnik