Məhkəmə Latviya Milli Elektron Media Şurasının “Dojd” telekanalının yayım lisenziyasının ləğvi ilə bağlı qərarını qüvvədə saxlayıb .
TASS xəbər verir ki, bu barədə jurnalistlərə Riqanın inzibati rayon məhkəməsində məlumat verilib.
Məhkəmədə deyildiyi kimi, “Dojd”a qarşı bir sıra inzibati icraatlar nəzərə alınıb. Məhkəmə qərarında həmçinin qeyd edib ki, milli təhlükəsizliyə təhdid hallarında söz azadlığı məhdudlaşdırıla bilər.
“Beləliklə, bu telekanalın lisenziyasının ləğvi ilə bağlı qərar qanuni hesab edilib”, – məhkəmə vurğulayıb.
Mənbə: TASS

























