Latviyanın baş naziri Krisjanis Karins keçirdiyi mətbuat konfransında vəzifəsini tərk etdiyini açıqlayıb.
Bu barədə Reuters məlumat yayıb.
“Mən öz istefamı və hazırkı kabinetin istefasını cümə axşamı ölkə prezidentinə təqdim edəcəyəm”, – deyə siyasətçi jurnalistlərə bildirib.
Karins həmçinin bildirib ki, hakim Yeni Birlik partiyası hökumət başçısı vəzifəsinə yeni namizəd irəli sürmək üçün dəvət olunub.
Baş nazirin istefası ilə hökumətin tərkibində də dəyişiklik olacaq.
Latviya qanunlarına görə, Nazirlər Kabineti hökumətin istefasından sonra Seym yeni Nazirlər Kabinetinə etimad bildirənə qədər, həmin vaxta qədər başqa qərar qəbul olunmazsa, öz vəzifələrini icra etməyə davam edəcək.
Mənbə: Reuters