image-2000x150px
image-123
image-ads_atlas
image-qeza_0231114backend

Lənkəranda 17 yaşlı gənc avtomobili kanala aşırdı, xəsarət alanlar var

image-728x90px

Lənkəranda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə Vilvan kəndində baş verib.

Belə ki, “Lada Priora” markalı avtomobil idarəetmədən çıxaraq, yol kənarındakı drenaj kanalına aşıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Aşaraq deformasiyaya uğrayan avtomobildən üç nəfər çıxarılıb. Müxtəlif dərəcəli xəsarətlər alan Vilvan kənd sakinləri – 17 yaşlı Turan Turab oğlu Ağayev, həmyaşıdı Elgün Rauf oğlu Səmədov və 16 yaşlı Səbuhi Nurəddin oğlu Tahirzadə Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin məlumata görə, hadisə zamanı sükan arxasında T.Ağayev olub. Sol bazunun çıxığı və sağ qasıq sümüyünün sınığı diaqnozu qoyulan yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

DOĞRU.AZ

Faktla bağlı araşdırma aparılır.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki