image-2000x150px
image-123
image-ads_atlas
image-17086123056399716099_1200x630backend

Lerikdə məktəblilərə narkomaniya haqqında məlumat verilib – FOTO

image-728x90px

Lerik Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 1 nömrəli texniki fənlər təmayüllü məktəb-liseydə narkomaniya, erkən nikah və kibercinayətkarlıqla mübarizə mövzusunda maarifləndirici görüş təşkil edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, görüşdə çıxış edən şöbə rəisi, polis polkovniki Ramil Mustafayev bildirib ki, ölkəmizdə başlıca vəzifə olan sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında narkomaniyanın qarşısının alınması və narkotiklərlə mübarizə dövlət siyasəti olaraq mühüm yer tutur. Həmin problemin həllinə xidmət edən mühüm addımlardan biri preventiv tədbirlərin görülməsi, o cümlədən maarifləndirmə işinin lazımi səviyyədə aparılmasıdır. Şöbə rəisi narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması sahəsində hüquq-mühafizə orqanlarının barışmaz və qətiyyətli tədbirləri ilə bağlı görüş iştirakçılarına məlumat verib.

Görüşdə rayon icra hakimiyyəti başçısının müavini Habil Məlikov, Gənclər və İdman sektorunun müdiri Natiq İsaqov, Təhsil sektorunun müdiri Zöhrab Salayev və digər qurumların nümayəndələrinin müzakirə olunan mövzular ətrafında çıxışları dinlənilib, şagirdlərin sualları cavablandırılıb.

DOĞRU.AZ

image-img-20240222-wa0138

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki