image-2000x150px
image-123
image-ads_atlas
image-fb_img_1709730605513backend

Lerikdə, Novruz bayramı və Od çərşənbəsi özünəməxsus ənənə ilə qeyd olunub – FOTO/VİDEO

image-728x90px

Doğru.az xəbər verir ki, Lerik şəhəri, Heydər Əliyev meydanında Novruz bayramı və Od çərşənbəsi münasibəti ilə ümumrayon tədbiri və konsert proqramı keçirilib.

Bayramsayağı bəzədilmiş Heydər Əliyev meydanında keçirilmiş tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, Milli Məclisin deputatı İqbal Məmmədov, respublikamızın digər bölgələrindən dəvət edilmiş qonaqlar, şəhid ailələri, qazilər və yüzlərlə lerikli iştirak edib.

Bayram tonqalı Dədə Qorqudun xeyir-duası ilə rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov və millət vəkili İqbal Məmmədov tərəfindən alovlandırılıb.

Sonra rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov və qonaqlar Heydər Əliyev meydanında Novruzun gəlişini tərənnüm edən al-əlvan bəzədilmiş güşələrdə Novruz atributları, əl işləri, xalq sənətkarlığı nümunələri ilə tanış olublar. Eyni zamanda ayrı-ayrı ərazilər, firma və sahibkarlar tərəfindən quraşdırılmış 40-a yaxın bayram çadırında milli mətbəximizə aid çeşidli yeməklər, şirniyyatlar, şirələr, müxtəlif növ sular tədbir iştirakçılarına təqdim edilmişdir.

Bayram tədbirində çıxış edən rayon icra hakimiyyətinin başçısı Ə.Abbasov ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazisində qeyd edilən milli birlik və həmrəylik rəmzi olan müqəddəs Novruz bayramı münasibəti ilə rayon sakinlərini və çoxsaylı qonaqları təbrik edib, hər bir ailəyə bol ruzi, xoşbəxtlik və səadət arzulayıb. Xalqımıza möhtəşəm Zəfəri qazandıran Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bundan sonra da yeni uğurlar qazanacağına əminliyini ifadə edib.

Milli idman növlərinin nümayişi, kosa və keçəlin məzhəkələri bayram şənliyinin iştirakçıları tərəfindən xüsusi rəğbətlə qarşılanıb.

Tədbir respublikanın tanınmış incəsənət ustalarının təqdim etdikləri rəngarəng musiqi nömrələri ilə davam etdirilib.

DOĞRU.AZ

image-fb_img_1709730608036 image-fb_img_1709730610915 image-fb_img_1709730617598 image-fb_img_1709730615473 image-fb_img_1709730622621 image-fb_img_1709730625405 image-fb_img_1709730629470

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki