image-n1karobka_ads
image-123
image-fb_img_1662500664693backend

Lerikdə yüksək bal toplayan tələbələrlə görüş olub – Lerik İcra Hakimiyyəti

image-ad_qayo_720x110px

Sentyabrın 5-də Lerik Rayon İcra Hakimiyyətində 2022-2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayan gənclərlə görüş keçirilib.

Görüşdə rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdirinin müavini Rəhim Rəhimov, rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri və tələbə adını qazanmış gənclər iştirak edib.

RİH-in başçısı Əkbər Abbasov tələbə adını qazanmış gəncləri yüksək nəticəyə görə təbrik edib, xüsusilə də 500-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olan gənclərin, o cümlədən qızların sayının ildən-ilə artmasının çox sevindirici hal olduğunu bildirib.

Gənclərə dövlətin təhsil sahəsində yaratdığı imkanlardan, dövlətin təhsil siyasətindən və tələbələr üçün inkişaf proqramları haqqında məlumatlar verilib.

Görüşdə Lənkəran–Astara Regional Təhsil idarəsinin müdirinin müavini Rəhim Rəhimov da çıxış edərək gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitdən, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, tələbələrlə görüşün keçirilməsinə görə rayon icra hakimiyyətinin rəhbərliyinə minnətdarlığını ifadə edib.

Tələbələrlə səmimi söhbət edən rayon icra hakimiyyəti başçısı bir daha onları təbrik edərək, ali təhsil alaraq savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanımızın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr vermələrini arzulayıb.

Sonda ali məktəblərə qəbulda yüksək bal toplamış tələbələr rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə və qiymətli hədiyyələrlə təltif edilib.

Tələbələrlə görüşdən sonra onların məzunu olduğu ümumi təhsil məktəbinin direktorları ilə görüşən rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov əldə olunmuş nəticələrə görə onlara təşəkkür edib və qarşıda duran vəzifələr müzakirə edilib.

image-fb_img_1662500681871 image-fb_img_1662500677812 image-fb_img_1662500673733 image-fb_img_1662500667446

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki