image-n1karobka_ads
image-123
image-img-20220811-wa0001backend

Lerikin icra başçısı Bürsülüm kəndində qəbul keçirdi – Fotolar

image-ad_qayo_720x110px

Lerik Rayon İcra Hakimiyyəti başçısının 2022-ci ilin avqust ayında yerlərdə keçirəcəyi səyyar qəbullara dair qrafikə uyğun olaraq rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov 04 avqust 2022-ci il tarixində Bürsülüm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Bürsülüm, Ləkər, Vov, Vənədi, Nosovyədi, Zeynəko, Bobla və Ancəqov kəndlərinin sakinləri ilə səyyar-görüş keçirdi.

image-img-20220811-wa0002

Doğru.Az xəbər verir ki, səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbər işçiləri iştirak edirdilər.image-img-20220811-wa0001

Lerik rayon İcra Hakimiyyəti başçısının Bürsülüm kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi və bələdiyyə sədri çıxış edərək Bürsülüm kənd inzibati ərazi dairəsinin kəndləri və ərazidə görülmüş işlər barədə görüş iştirakçılarına və qonaqlara ətraflı məlumat verdilər.image-img-20220811-wa0004

Görüşdə çıxış edən rayon icra hakimiyyəti başçısı Əkbər Abbasov görüş iştirakçılarını salamladı və bildirdi ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə uyğun olaraq bu gün sizlərlə görüşürük. Görüşlərdə əsas məqsəd kənddəki mövcud vəziyyəti kənd sakinlərinin dilindən öyrənərək həlli mümkün olan məsələləri yerində həll etmək, ehtiyac olduğu halda aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.image-img-20220811-wa0000

Rayon rəhbəri Prezident İlham Əliyevin ətrafında sıx yumruq kimi birləşən Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində tarixi torpaqlarımızı işğaldan azad etməsi, Qarabağda və Şərqi Zəngəzurda qısa zamanda görülmüş böyük bərpa-quruculuq işləri barədə də görüş istirakçılarını məlumatlandırdı.
Səyyar görüş-qəbulda vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənildi, problemlərin və onların həlli yollarının araşdırılması üçün görüləcək tədbirlər qeyd olundu və müvafiq qurumlara tapşırıqlar verildi.image-img-20220811-wa0005

Rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov Bürsülüm kəndində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Şiriyev Rəşad Rasim oğlunun xatirəsinə inşa edilmiş bulaq kompleksini ziyarət etdi, şəhidin babası ilə səmimi söhbət edərək, problemləri ilə maraqlandı.image-img-20220811-wa0003

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki