image-2000x150px
image-123
image-ads_atlas
image-fb_img_1662706893308backend

Lerikli yazar Qəni Camalzadənin kitab təqdimatı keçirilib – FOTO

image-728x90px

07 sentyabr 2022-ci ildə Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Lerik Rayon Mədəniyyət Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Qəni Camalzadə ilə rayon ictimaiyyətinin və ziyalıların görüşü keçirilib.

Yazıçının kitablarından ibarət sərgi ilə tanışlıqdan sonra tədbir iştirakçılarına yazıçı Qəni Camalzadənin həyat və yaradıcılığı haqqında söhbət edilib, əsərləri haqqında geniş məlumat verilib.

Tədbirdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov çıxış edərək qonaqları və tədbir iştirakçılarını salamlayıb, Qəni Camalzadənin əlamətdar gün münasibəti ilə təbrik edərək, gələcək yaradıcılıq işlərində ona uğurlar arzulayıb və xatirə hədiyyəsi təqdim edib.

Çıxış edən qonaqlar da Qəni Camalzadənin yaradıcılığını yüksək qiymətləndirib və ona yaradıcılığında uğurlar arzu ediblər.

Görüşün sonunda Qəni Camalzadə
çıxış edərək oxucularla təşkil edilən görüşə və xoş fikirlərə görə rayon rəhbərliyinə təşəkürünü bildirib.

image-fb_img_1662706895305 image-fb_img_1662706897435 image-fb_img_1662706899598 image-fb_img_1662706904140 image-fb_img_1662706906689 image-fb_img_1662706909001

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki