image-2000x150px
image-123
image-ads_atlas
image-800_lbxteaserfront-pic_32ratio_1200x800-1200x800-27395backend

Lexus yeni krossover LBX-in şəkillərini dərc edib

image-728x90px

Yapon avtomobil istehsalçısı Lexus iyunun 5-də yeni LBX krossoverini təqdim etməyi planlaşdırır.

Bu barədə brendin mətbuat xidməti məlumat yayıb. Model Milanda nümayiş etdiriləcək.

İstehsalçı yeni Lexus LBX haqqında heç bir təfərrüat açıqlamayıb, lakin gələcək modelin tizerlərini dərc edib. Şəkillərə əsasən, avtomobil inteqrasiya olunmuş gündüz işıqları olan LED fənərlər, pətək barmaqlığı və geniş təkər tağları alacaq.

Arxa tərəfdə işıqlar LED əyri zolağı ilə birləşdirilir. Qeyd olunur ki, avtomobil haqqında bütün məlumatlar premyera günü ictimaiyyətə açıqlanacaq.

Mənbə: Autotech

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki