Doğru.az xəbər verir ki, Litva hökuməti baş nazir Gintautas Paluckasın istefasından sonra tam tərkibdə istefa verib. Bu barədə qərar Nazirlər Kabinetinin iclasında səsləndirilib.
“Baş nazir vəzifəsindən istefa vermək qərarına gələrək, Litva Respublikasının 19-cu hökumətinin istefasını elan edirəm”, – deyə Paluckas açıqlamasında bildirib.
Qeyd edək ki, bir gün əvvəl Litva prezidenti Gitanas Nauseda baş nazirə çağırış edərək ya həyat yoldaşının qardaşının biznes fəaliyyəti ilə bağlı izahat verməsini, ya da istefa verməsini tələb etmişdi. Bu qalmaqal ölkədə siyasi gərginliyi artırıb və nəhayət, hökumətin istefası ilə nəticələnib.
Hazırda Litvada yeni hökumətin formalaşdırılması prosesi gündəmdədir.
DOĞRU.AZ