Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Ukrayna ilə bağlı istənilən danışıqlar ilkin şərt olmadan başlamalıdır.
Bu sözləri o, ukraynalı jurnalist Diana Pançenko ilə YouTube kanalında yayımlanan müsahibəsi zamanı deyib.
“Danışıqlar ilkin şərt olmadan başlamalıdır. Bu, istənilən diplomatiyanın klassikidir, mən belə hesab edirəm”, – Belarus lideri bildirib.
Lukaşenkonun sözlərinə görə, danışıqlar masası arxasında gündəm işlənib hazırlanmalıdır. O, tərəflərə “hər şeyi – Krımı, Xersonu, Zaporojyeni, Donetsk və Luqanskı” orada müzakirə etməyi təklif edib.
Mənbə: Lenta.ru