image-n1karobka_ads
image-123
image-ukraynabackend

Macarıstan Aİ-ni Ukraynalı hərbçilərə sanksiya tətbiq etməyə çağırır

image-ad_qayo_720x110px

Macarıstan Ukraynada məcburi səfərbərlik zamanı Zakarpatyadan olan bir macarın həlak olmasına görə Avropa İttifaqının hərəkətsizliyindən narahatdır.

Doğru.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Peter Szijjarto RİA Novosti-yə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, Aİ dövlətləri bu hadisəyə görə məsuliyyət daşıyan ukraynalı hərbçilərin sanksiya siyahısına salınmasından yayınmağa çalışırlar:

“Avropalılar bu macarın qətlinə görə məsuliyyət daşıyanları sanksiya siyahısına salmamaq üçün hər şeyi edəcəklər”, – deyə Szijjarto bildirib.

Kamboca və Tailand sərhədində ağır döyüşlər gedir.

Tailand və Kamboca arasında sərhəddə gərginlik davam edir. Doğru.az xəbər verir ki, Kamboca Milli Müdafiə Nazirliyinin sözçüsü, general-leytenant Mali Socheat bu gün sərhəd bölgəsində hərbi qarşıdurmanın artdığını bildirib.

Onun sözlərinə görə, hər iki ölkənin ordusu bir-birinin mövqelərini ağır artilleriya ilə atəşə tutur:

“Hər iki ordu bir-birinin mövqelərini atəşə tutmaq üçün ağır artilleriyadan istifadə etməyə davam etdi”, – deyə TASS Socheat-ın sözlərini sitat gətirib.

Socheat qeyd edib ki, Kamboca ordusu bütün cəbhə xətti boyunca mövqelərinə nəzarəti saxlayır və təcavüzkarlara qarşı qətiyyətlə cavab verir.

O həmçinin əlavə edib ki, iyulun 24-də Tailand tərəfi ağır silahlardan və F-16 qırıcı təyyarələrindən istifadə etməklə Kambocada səkkiz strateji hədəfə zərbə endirib.

Mövcud vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iyulun 25-də fövqəladə iclas keçirəcəyi gözlənilir.

Buna baxmayaraq, Macarıstan hökuməti sanksiyaların tətbiqində israrlıdır. Agentlik qeyd edir ki, Budapeşt Ukraynanın üç hərbçisinin Aİ tərəfindən sanksiyalara məruz qalmasını tələb edir.

Macarıstanın Baş naziri Viktor Orban da Ukraynada insan haqlarının pozulmasına görə ölkənin rəhbərliyinə qarşı sərt tədbirlərin görülməsini istəyib.

Hadisə ilə əlaqədar olaraq Macarıstan Xarici İşlər Nazirliyi Ukraynanın Budapeştdəki səfirini nazirliyə çağıraraq izahat tələb edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki