Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Szijjarto Yəməndən olan həmkarı ilə Budapeştdə keçirdiyi görüşdən sonra mətbuat konfransı zamanı jurnalistlərə bildirib ki, onun ölkəsi ukraynalıların qurbanlarının və iztirablarının çoxalmaması üçün Ukraynaya kaset sursatları göndərməməyə çağırır.
Nazirin sözlərinə görə, belə sursatlardan istifadə humanitar sahədə faciəvi nəticələrə səbəb ola bilər.
“Biz hamıdan kaset bombaları və hər hansı digər silahlar əvəzinə qonşu ölkəyə sülh gətirmək və insan həyatını xilas etmək üçün tədbirlər görməyə çağırırıq” dedi Szijjarto.
Mənbə: BBC

























