Venesuela prezidenti Nikolas Maduro Avropada müharibə əleyhinə hərəkat yaratmağı təklif edib.
O, bu barədə “Venezolana de Televisión” telekanalının efirində bildirib.
O, həmçinin Böyük Britaniyanın baş naziri Keir Starmerin müharibəyə hazırlıqla bağlı açıqlamasını dəli adlandırıb və onlara cavab verməyə çağırıb.
“Mən Böyük Britaniya, London, Liverpul xalqına təklif edirəm ki, sizin baş nazirinizin bu çılğın, çıxılmaz müharibə çağırışına cavab versinlər”, – TASS onun sözlərindən sitat gətirir.
Bundan əvvəl Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot qeyd etmişdi ki, Starmer Rusiyaya qarşı təhdidləri ilə üçüncü dünya müharibəsinə can atır.
DOĞRU.AZ