ABŞ ordusu Venesuela prezidenti Nikolas Maduronu ələ keçirmək üçün həyata keçirilən gizli əməliyyat zamanı xüsusi silahlardan istifadə edib.
Doğru.az xəbər verir ki, bu barədə The New York Post qəzetinə Venesuela liderinin təhlükəsizlik xidmətinin əməkdaşı məlumat verib.
Mənbənin sözlərinə görə, vəzifə başında olan Maduronu müşayiət edən radar sistemləri qəfildən sıradan çıxarılıb, ardınca çoxsaylı dronlar və helikopterlər peyda olub. O, hadisəni belə təsvir edib:
“Yüzlərlə nəfər idik, amma heç bir şansımız yox idi… Onlar (Amerika hərbçiləri) elə dəqiq və sürətlə atəş açdılar ki, sanki hər bir əsgər dəqiqədə 300 güllə atırdı” – deyə təhlükəsizlik zabiti bildirib.
Mənbə əlavə edir ki, ABŞ ordusu bu əməliyyatdan sonra hələ də onu təqib edən xüsusi silahlardan istifadə edib.
DOĞRU.AZ




























