image-n1karobka_ads
image-123
image-6839c37aae5ac975df008c83backend

Makron Avropa və ƏMH ölkələrindən ibarət koalisiya yaratmağı təklif edib

Avropa və Hind-Sakit okean ölkələri ticarət və təhlükəsizlik sahəsində əməkdaşlığa diqqət yetirəcək koalisiya yarada bilər.

Bu təkliflə Fransa prezidenti Emmanuel Makron çıxış edib. Onun sözləri Sinqapurda keçirilən Şanqri-La Dialoq təhlükəsizlik konfransında səsləndirilib.

“Tamamilə aydındır ki, biz daha da irəli getmək istəyirik, xüsusən də Hindistan, Asiya ölkələri, həmçinin Trans-Sakit Okean Tərəfdaşlığının üzvləri”, – TASS Makrondan sitat gətirir.

Fransa liderinin sözlərinə görə, belə bir koalisiya “qlobal artımın üçdə birini, hətta ticarət baxımından daha çoxunu” təşkil edəcək.

Bundan əvvəl Makron KXDR hərbçilərinin “Avropa ərazisi”ndə olması halında NATO-nun Asiyada olmasına icazə verib

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki