image-ads_n1karobka_mobile
image-upload-2023-06-19t184522z_1625446046_rc2im1auij61_rtrmadp_3_france-defence-ministers-pic_32ratio_900x600-900x600-3963backend

Makron Fransada asayişi bərpa etməyi tələb etdi

Fransa prezidenti Emmanuel Makron Yelisey sarayında iğtişaşlarla mübarizə üzrə operativ qərargahın iclasından sonra daxili işlər naziri Jerald Darmanin və ədliyyə naziri Erik Düpon-Morettiyə ştatda iğtişaşların yatırılması üçün lazım olan bütün tədbirləri görməyi tapşırıb.

Bu barədə BFMTV məlumat yayıb.

“Hökumət polisin və jandarmanın tərəfində olacaq. Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin rəhbərləri asayişi bərpa etmək üçün lazım olan hər şeyi etməlidirlər”, – Makron bildirib.

Bundan əvvəl prezident Makronun ölkədə iğtişaşlarla mübarizə üçün iclasa başladığı bildirilirdi. Tədbirdə Fransa hökumətinin üzvləri, o cümlədən baş nazir Elizabet Born, daxili işlər naziri Cerald Darmanin və ədliyyə naziri Erik Düpon-Moretti iştirak edib.

Mənbə: Haber Global


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki