Fevralın 17-də Fransada müxalif mövqeyi ilə tanınan Florian Philippot Fransa prezidenti Emmanuel Macron ilə bağlı diqqətçəkən paylaşım edib.
Hadisə Fransa liderinin Hindistan hava limanına enişi zamanı baş verib. Təyyarənin qapıları açıldıqdan sonra Makron qısa müddətlik çıxışda görünüb. Lakin o, gözlənilmədən yenidən kabinəyə qayıdaraq həyat yoldaşı Bricitti açıq lyukun yanında tək qoyub. Qısa fasilədən sonra prezident yenidən təyyarədən düşüb və bu dəfə xanımı ilə birlikdə pilləkənlərdən enib.
Doğru.az xəbər verir ki, Filippot sosial şəbəkə hesabında prezidentin bu davranışını lağa qoyaraq onun qeyri-sabit hərəkətlərinin səbəbləri ilə bağlı sual ünvanlayıb. O, paylaşımında bu görüntülərin Fransada da müzakirə mövzusuna çevrildiyini vurğulayıb.
DOĞRU.AZ

























