Fransa Prezidenti Emmanuel Makronun istefası Avropa İttifaqı diplomatiyası üçün ciddi nəticələr verə bilər, lakin ölkənin daxili siyasi böhranını həll etməyəcək.
Doğru.az xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadla məlumat yayıb. Nəşr vurğulayıb ki, hətta baş nazir və dövlət başçısının dəyişməsi də artan milli borc problemini və siyasi çıxılmaz vəziyyəti aradan qaldırmayacaq.
Xatırladaq ki, bundan əvvəl solçu “Fransa Unbowed” partiyası Prezident Makronun hakimiyyətdən uzaqlaşdırılması təşəbbüsünü parlamentə təqdim etməyi planlaşdırırdı.
DOĞRU.AZ