image-n1karobka_ads
image-123
image-6857aed6ae5ac9597c307a6fbackend

MAQATE İranla bağlı təcili şura iclasını elan edib

MAQATE-nin rəhbəri Rafael Qrossi İrandakı vəziyyətlə əlaqədar qubernatorlar şurasının təcili iclasını elan edib.

“İranda yaranmış fövqəladə vəziyyətlə əlaqədar mən MAQATE-nin fövqəladə iclasını çağırıram. Rəhbərlər Şurası sabah toplaşacaq” dedi.

ABŞ bundan əvvəl də İranın nüvə obyektlərinə, o cümlədən Fordo zavoduna, Natanz və İsfahan mərkəzlərinə böyük zərbələr endirib.

Tramp İranı eskalasiya olacağı təqdirdə daha çox zərbə endirməklə hədələyib. İran hücumu beynəlxalq hüququn pozulması kimi pisləyib və BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki