Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Suriyada 2007-ci ildə İsrail tərəfindən dağıdılan Deyr əz-Zor əyalətindəki bina ilə əlaqəli uran izlərinin tapıldığını açıqlayıb.
Doğru.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi MAQATE-nin məxfi hesabatına istinadən məlumat yayıb. Sənəddə qeyd olunur ki, “hissəciklərin təhlili göstərdi ki, uran antropogen mənşəlidir, yəni kimyəvi emal nəticəsində əldə edilib”.
Agentlik həmçinin bildirib ki, Suriyanın hazırkı hakimiyyət orqanlarının bu kəşflə bağlı məlumatı yoxdur.
Qeyd edək ki, iyul ayında İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın zərbələrindən sonra uranın zənginləşdirilməsinin dayandırıldığını bəyan etmişdi.
DOĞRU.AZ